05.11.2021
05.11.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mədəniyyət Mərkəzində “ 9 noyabr Azərbaycanın Dövlət bayrağı “ günü ilə əlaqədar “Üçrəngli Bayrağınla məsud yaşa !” adlı dəyirmi masa keçirilmişdir .
Gəncə Şəhər Mədəniyyət Mərkəzinin direktou Afina Ələkbərova tədbiri açaraq iştirakçıları salamladı və Azərbaycanın müstəqilliyi, suverenliyi uğurunda canından keçmiş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi. O, qeyd etdi ki, Azərbaycan xalqı bu günləri Azərbaycan xalqı böyük coşqu və qürur hissi ilə qeyd edir.Xalqımız qarşıdan həm “ Zəfər günü”, həmdə “Bayraq günü”nü də qeyd etməyə hazırlaşır.
Mədəniyyət Mərkəzinin kütləvi işçisi Hacıyeva Lalə çıxış edərək qeyd etdi ki , bu gün Azərbaycan Respublikasının dövlət atributlarından,dövlətçilik rəmzlərindən biri də onun Milli Bayrağı Dövlət bayrağıdır.Bayraq ilk dəfə 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiqlənir. 1991 –ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Sovetində həmin variantı məqbul sayır .
Sonra Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialının işçisi Kərimova Günel çıxışında qeyd etdi ki,müstəqil yaşamaq taleyin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusudur .Azərbaycan xalqı da hər zaman bu istəklə yaşamışdır.Tarixdə müxtəlif zamanlarda fərqli adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur.Əminəm ki,müstəqil Azərbaycanımızın siyasi və iqtisadi cəhətdən möhkəmlənib bərqərar olduqca üçrəngli milli bayrağımız daha yüksəklərə ucalacaq ,sancılacağı məkanların sayı daha da artacaq.
Tədbirdə Gəncə Şəhər Mədəniyyət Mərkəzinin ,Sənətkarlıq klubunun ,Gəncə Şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 3 saylı kitabxana filialının əməkdaşları , Mədəniyyət Mərkəzinin kurslarının tələbələri və ərazi sakinləri iştirak etmişdir.
Tədbir mövcud karantin rejimi qaydalarına uyğun keçirilmişdir.